Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ASELSAN xarici asılılığı ortadan qaldırmaq məqsədilə yerli sənayeni təkmilləşdirmək missiyasına paralel olaraq uzun müddətdir üzərində çalışdığı layihələri ilk dəfə SAHA EXPO 2018-də paylaşacaq.
ASELSAN-ın milliləşdirmə və yerliləşdirmə hədəfi çərçivəsində xaricdən təmin edilən 170-dən çox məhsulun milliləşdirilməsi işləri SAHA EXPO-da tədarükçülərə təqdim ediləcək.
Bu vaxta qədər dünyada istehsal edilən ən çox diqqət çəkən məhsullardan biri olan yanmaz xüsusiyyətə malik aerojelini dünyada istehsal edən sadəcə dörd firmadan biri olan YALTEKSAN da öz məhsulunu ilk dəfə SAHA EXPO-da nümayiş etdirəcək.
İlk olaraq NASA tərəfindən ərsəyə gətirilən, müdafiə və aviasiya sektoru üçün çox əhəmiyyətə malik qabaqcıl texnologiya məhsulu aerojel bu vaxta qədər sadəcə 3 firma tərəfindən istehsal edilib.
Dünyanın ən yüngül və sıxlığı ən aşağı dərəcəli qatı cisim olan aerojelin 99,8%-i havadan ibarətdir. O, 1300 dərəcə istiliyə tap gətirə bilir.
Beynəlxalq Rəqabətin Gücləndirilməsi Layihəsi çərçivəsində firmalarla bağlı tədbirlərin təşkil olunacağı SAHA EXPO sərgisində B2B ikitərəfli iş görüşləri planlaşdırılıb. Bu görüşlərdə iştirakçılar müdafiə, aviasiya, dənizçilik və informasiya texnologiyaları sektorlarında dünyanın önəmli firmalarının nümayəndələrilə görüş imkanı əldə edəcəklər.
Sərgidə 12 ölkədən 24 firmaya bağlı 41 mütəxəssis B2B görüşlərinə qatılacaq. Beynəlxalq əməkdaşlıq görüşlərinə ev sahibliyi edəcək SAHA EXPO-da internet vasitəsilə 500-dən çox ikitərəfli iş görüşü planlaşdırılıb.
Ukrayna, Banqladeş, Liviya, İordaniya, Sudan, Malaziya, Belarus, Qazaxıstan, Hindistan, İtaliya, İndoneziyadan müdafiə, aviasiya, dənizçilik və informasiya texnologiyaları sahəsi üzrə firmaların yüksək səlahiyyətli rəsmiləri sərgiyə qatılacaqlar.
Ağalar Ağalarlı
Ordu.az